Sabah Polşada prezident seçkisi keçiriləcək

Sabah Polşada prezident seçkisi keçiriləcək Qanuna əsasən, sabah seçki məntəqələrinin bağlanmasına qədər bütün təbliğat tədbirləri qadağandır
Digər ölkələr
23 May , 2015 10:24
Sabah Polşada prezident seçkisi keçiriləcək

Bakı. 23 may. REPORT.AZ/ Sabah Polşada prezident seçkisi keçiriləcək. 

"Report" xəbər verir ki, qanunvericiliyə əsasən, sabah seçki məntəqələrinin bağlanmasına qədər bütün təbliğat tədbirləri, sosioloji sorğular, namizədlərin reytinqinin dərc olunması və onların proqramlarının açıq şəkildə müzakirəsi qadağandır.

Qanunun pozulmasına görə böyük məbləğdə cərimələr nəzərdə tutulur. 

Sosioloji tədqiqatlara əsasən, əhalinin təxminən 40%-i seçkilərdə iştirak etmək niyyətində deyil. Daha 9% seçici kimə səs verəcəyini qərarlaşdırmayıb. 

Mayın 24-də Polşada seçki məntəqələri yerli vaxtla saat 07:00-da açılacaq və axşam saat 21.00-dək fəaliyyət göstərəcək. 

Birinci turda 11 namizəddən heç biri 50% səs toplaya bilməyib. İkinci tura hazırkı prezident Bronislav Komorovski və müxalifət nümayəndəsi Ancey Duda keçib. 

Son xəbərlər

Orphus sistemi