Sabah NATO-ya üzv dövlətlərin müdafiə nazirlərinin toplantısı olacaq

Sabah NATO-ya üzv dövlətlərin müdafiə nazirlərinin toplantısı olacaq Bu görüş ABŞ-ın müdafiə naziri Lloyd Austinin müttəfiq dövlətlərin müdafiə nazirləri ilə ilk görüşü olacaq.
Digər ölkələr
16 Fevral , 2021 15:28
Sabah NATO-ya üzv dövlətlərin müdafiə nazirlərinin toplantısı olacaq

NATO-ya üzv dövlətlərin müdafiə nazirlərinin fevralın 17-18-də videokonfrans formatında görüşü olacaq.

“Report” xəbər verir ki, məlumatı “TRT Haber” yayıb.

Məlumata görə, alyansın gündəliyinin əsas mövzusu Əfqanıstandakı vəziyyət olacaq. NATO-nun İraqdakı missiyasının genişləndirilməsi, Çin və Rusiya ilə bağlı hadisələrin də müzakirəsi keçiriləcək.

Toplantıdan əvvəl alyansın baş katibi Yens Stoltenberq bildirib: “Əfqanıstanın yenidən terror qruplaşmalarının sığındığı limana çevrilməsinə icazə verməyəcəyik”.

Onun sözlərinə görə, müdafiə texnologiyasında yeniliklər, NATO-nun strateji konsepsiyası, iqlim dəyişikliyi, Çin və Rusiya ilə bağlı məsələlər müzakirə olunacaq. Nazirlər 2021-ci ildə üzv dövlətlərin liderlərinin Zirvə toplantısına hazırlığa dair fikir mübadiləsi edəcəklər.

Bu görüş ABŞ-ın müdafiə naziri Lloyd Austinin müttəfiq dövlətlərin müdafiə nazirləri ilə ilk görüşü olacaq.

Son xəbərlər

Orphus sistemi