Yuxarı
    Bağlamaq

    Saakaşvili: "Ukrayna vətəndaşlığından məhrum edilməkdən qorxmuram"

    Onların siyasi resursu yoxdur, - deyə Gürcüstanın eks-prezidenti bildirib

    Bakı. 12 iyul. REPORT.AZ/ Gürcüstanın eks-prezidenti, Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili bəyan edib ki, Ukrayna vətəndaşlığından məhrum edilməsindən qorxmur.

    "Report"un məlumatına görə, bu barədə o, "Rustavi 2" teleşirkətinin efirində bildirib.

    "Ukrayna vətəndaşlığından məhrum edilmə fantaziya sahələrinə aiddir, əgər onların (Ukrayna hökumətinin) buna gücləri çatsaydı, onda onlar yaxşı formada olardı. Onların siyasi resursu yoxdur və üstəlik, mən bundan qorxmuram", - deyə Saakaşvili bildirib.

    Odessa vilayətinin keçmiş qubernatoru 2016-ci ilin noyabrında bildirib ki, Ukrayna prezidenti Pyotr Poroşenkonun onun Ukrayna vətəndaşlığından məhrum edilməsini tapşırıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi