​Saakaşvili Ukrayna Beynəlxalq İslahatlar Şurasının rəhbəri təyin edilib

​Saakaşvili Ukrayna Beynəlxalq İslahatlar Şurasının rəhbəri təyin edilib Poroşenko, həmçinin onu öz müşaviri seçib
Digər ölkələr
14 Fevral , 2015 04:00
​Saakaşvili Ukrayna Beynəlxalq İslahatlar Şurasının rəhbəri təyin edilib

Bakı. 14 fevral. REPORT.AZ/ Ukrayna prezidenti Pyotr Poroşenko İslahatlar üzrə Beynəlxalq Məşvərət Şurasının yaradılması və Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin onun rəhbəri təyin edilməsi barədə sərəncam imzalayıb.

"Report" xəbər verir ki, bu barədə Ukrayna prezidentinin mətbuat xidmətinin məlumatında bildirilir.

"Biz Mixail Saakaşvilinin təcrübə, bilik və bacarıqlarından necə yararlanmaq barədə kifayət qədər düşündük. Gürcüstanda o, demək olar ki, iqtisadi, siyasi və ictimai həyatın bütün sahələrində faktiki islahatlar apara bilmişdi. Mixail bu yaxınlara qədər mahiyyət etibarı ilə islahat məsələləri üzrə ştatdankənar müşavir idi. Bu gün isə o, nəhayət ki, rəsmi status alacaq", - deyə Poroşenko bildirib.

Mixail Saakaşvili öz növbəsində bildirib ki, "biz bu gün yeni Ukrayna qurmasaq və yeni islahatlar həyata keçirməsək qalib gələ bilməyəcəyik.

"Əgər yeni Ukrayna modeli həyata keçsə, o zaman Gürcüstan da azad olacaq", - deyə Saakaşvili vurğulayıb.

"Mixail Ukraynanın xaricdəki nümayəndəsi və eyni zamanda beynəlxalq birliyin Ukraynadakı təmsilçisi olacaq", - deyə Ukrayna prezidenti əlavə edib.

Poroşenko, həmçinin Saakaşvilini özünə xarici müşavir təyin edib.

Son xəbərlər

Orphus sistemi