Saakaşvili: "Poroşenkonun yerində olsaydım, özümə qəsd edərdim"

Saakaşvili: "Poroşenkonun yerində olsaydım, özümə qəsd edərdim" Odessanın keçmiş qubernatoru dəfələrlə Poroşrnkonu istefaya göndərilməsinə çağırıb
Digər ölkələr
29 Dekabr , 2017 22:21
Saakaşvili: Poroşenkonun yerində olsaydım, özümə qəsd edərdim

Bakı. 29 dekabr. REPORT.AZ/ "Ukraynalıların az qala yarısı prezident Petro Poroşenkonun impiçmentini istəyir".

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu sözləri Gürcüstanın sabiq prezidenti, Odessanın keçmiş qubernatoru Mixeil Saakaşvili deyib.

Sosioloji sorğulara əsasən Ukrayna əhalisinin 46 faizi ölkə başçısına qarşı etiraz aksiyalarını dəstəkləyir.

“Bu, istənilən hakimiyyət üçün fəlakətdir. İnsanların az qala yarısı prezidentin impiçmentini istəyir. Poroşenkonun yerində olsaydım, özümə qəsd edərdim", - deyə M. Saakaşvili söyləyib.

Odessanın keçmiş qubernatoru paytaxt Kiyevdə keçirilən bir sıra mitinqlərdə P.Poroşrnkoya impiçment elan olunmasına, yəni istefaya göndərilməsinə çağırıb. 

Son xəbərlər

Orphus sistemi