Saakaşvili Poroşenkonu silahdaşlarının oğurlanmasında ittiham edib

Saakaşvili Poroşenkonu silahdaşlarının oğurlanmasında ittiham edib O, üç silahdaşının oğurlanaraq Gürcüstana göndərildiyini iddia edib
Digər ölkələr
22 Oktyabr , 2017 03:59
Saakaşvili Poroşenkonu silahdaşlarının oğurlanmasında ittiham edib

Bakı. 22 oktyabr. REPORT.AZ/ Gürcüstanın sabiq prezidenti və Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili Ukrayna prezidenti Pyotr Poroşenkonuüç silahdaşının oğurlanmasını təşkil etməkdə günahlandırıb.

“Report” xəbər verir ki, o bu barədə "Facebook" səhifəsində yazıb.

"Mənim dostum, hərbçi, Donbasdakı müharibənin qəhrəmanı David Makişvili, həmçinin mənim keçmiş mühafizəçim və sürücümü küçədə, Poroşenkonun şəxsi sərəncamına əsasən bütün qanunları pozaraq oğurlayıblar", — deyə Saakaşvili yazıb.

Siyasətçi bildirib ki, onun üç silahdaşını xüsusi təyinatlıların müşayiəti ilə Ukrayna Milli Qvardiyasının təyyarəsində Gürcüstana göndəriblər. Saakaşvilinin sözlərinə görə, onların başlarına torba keçirilib.

Son xəbərlər

Orphus sistemi