Saakaşvili: "İqdisadi inkişaf templərinə görə Ukrayna Gabonun səviyyəsinə düşüb"

Saakaşvili: "İqdisadi inkişaf templərinə görə Ukrayna Gabonun səviyyəsinə düşüb" Odessa vilayətinin qubernatoru, Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Ukraynadaki vəziyyəti şərh edib.
Digər ölkələr
12 Sentyabr , 2015 06:03
Saakaşvili: İqdisadi inkişaf templərinə görə Ukrayna Gabonun səviyyəsinə düşüb

Bakı. 12 sentyabr. REPORT.AZ/ Ukrayna iqdisadi inkişaf templərinə görə Afrikanın Gabon dövlətinin səviyyəsinə düşüb. "Report" TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu fikri Odessa vilayətinin qubernatoru, Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili səsləndirib.

Onun sözlərinə görə, Ukraynanın ÜDM-sı 184 milyard ABŞ dollarından 115 milyarda azalıb. Adambaşına düşən milli gəlir göstəricisinə görə Ukrayna hazırda Qabonun səviyyəsindədir”, deyə Saakaşvilli “Şuster-Live” proqramının efirində bildirib.

Saakaşvili bildirib ki hazırda Ukraynada “kölgə iqtisadiyyatı”nın həcmi 32 fauzdən 47 faizə qədər artıb. Bu isə sahibkarlığın inkişafına imkan verməyən başlıca amildir.

Qubernator həm də qeyd edib ki, 53 bankın fəaliyyətinin dayanması ölkəyə 18,5 milyard ABŞ dolları ziyan vurub: "Radikal islahatlar aparılmasa ölkə hazırki templərlə azı 15 il köhnə göstəricilərə qayıda bilməyəcək".

Son xəbərlər

Orphus sistemi