“Ryanair” avia-şirkətinə məxsus təyyarə məcburi eniş edib, 33 sərnişin xəsarət alıb

“Ryanair” avia-şirkətinə məxsus təyyarə məcburi eniş edib, 33 sərnişin xəsarət alıb Xəsarət alan sərnişinlər xəstəxanaya yerləşdirilib
Digər ölkələr
14 İyul , 2018 13:01
“Ryanair” avia-şirkətinə məxsus təyyarə məcburi eniş edib, 33 sərnişin xəsarət alıb

Bakı. 14 iyul. REPORT.AZ/ “Ryanair” avia-şirkətinə məxsus təyyarənin Almaniyanın Frankfurt-Xan hava limanında məcburi eniş etməsi nəticəsində 33 sərnişin xəsarət alıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, təyyarənin məcburi eniş etməsinə səbəb olaraq göyərtədə təzyiqin düşməsi göstərilib.

Təyyarə İrlandiyanın paytaxtı Dublin şəhərindən Xorvatiyanın Zadar şəhərinə uçurmuş. Təyyarənin göyərtəsində 189 sərnişin olub. Xəsarət alan sərnişinlər xəstəxanaya yerləşdirilib.

Son xəbərlər

Orphus sistemi