​Rusiyaya qarşı sanksiyanın imzalanması ilə bağlı yanlışlıq düzəldilib

​Rusiyaya qarşı sanksiyanın imzalanması ilə bağlı yanlışlıq düzəldilib Cen Psakinin dediklərini ABŞ Dövlət Departamenti təkzib edib
Digər ölkələr
18 Dekabr , 2014 09:33
​Rusiyaya qarşı sanksiyanın imzalanması ilə bağlı yanlışlıq düzəldilib

Bakı. 18 dekabr. REPORT.AZ/ ABŞ Dövlət Departamentinin təmsilçisi Cen Psaki bu ölkənin prezidenti Barak Obamanın Rusiyaya qarşı yeni sanksiya imzalaması ilə bağlı məsələdə "tələsib".

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, o, jurnalistlər üçün keçirdiyi ənənəvi brifinqdə Obamanın Rusiyaya qarşı sanksiyanı "dünən" (dekabrın 17-də) imzaladığını deyib. Bir müddət sonra Ağ evdən ölkə prezidentinin bu qanun layihəsini imzalamadığı bildirilsə də, onun təsdiqlənəcəyi vaxt haqda da məlumat verilməyib.

"Cen Psaki bugünkü brifinqdə yanlışlığa yol verib" - ABŞ Dövlət Departamentinin nümayəndəsi bildirib.

Son xəbərlər

Orphus sistemi