Yuxarı
    Bağlamaq

    ​Rusiyaya casusluq edən Estoniyanın 3 vətəndaşının məhkəməsi başa çatıb

    Estoniyanın Baş Prokurorluğu: Onların üçü də Rusiyanın xüsusi xidmət orqanları ilə qanunsuz əməkdaşlıq ediblər

    Bakı. 23 fevral. REPORT.AZ/ Estoniyanın Tartu bölgəsinin məhkəməsi dövləti cinayətdə, Rusiyanın xeyrinə casusluqda ittiham olunan 3 nəfərə hökm oxuyub.

    "Report" "İnterfax"a istinadən xəbər verir ki, bunu Estoniyanın Baş Prokurorluğu bildirib.

    "Onların üçü də Rusiyanın xüsusi xidmət orqanları ilə qanunsuz əməkdaşlıq ediblər ", - prokurorluq vurğulayıb.

    Fevralın 23-də məhkəmənin qərarı ilə 32 yaşlı məhkum Maksim Qruzdev 4 il azadlıqdan məhrum edilib.

    Qeyd edək ki, 2015-ci ilin oktyabrında 21 yaşlı Aleksandr Rudnev 2 il, elə həmin tarixdə 42 yaşlı Pavel Romanov isə 4 il 10 ay azadlıqdan məhrum ediliblər.

    Xatırladaq ki, onların üçü də Estoniya vətəndaşlarıdır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi