Ukraynada tərkibində azərbaycanlıların da olduğu cinayətkar dəstə zərərsizləşdirilib - FOTO

Ukraynada tərkibində azərbaycanlıların da olduğu cinayətkar dəstə zərərsizləşdirilib - FOTO Saxlanılanlardan ikisi Azərbaycan vətəndaşlarıdır
Digər ölkələr
10 Sentyabr , 2017 16:47
Ukraynada tərkibində azərbaycanlıların da olduğu cinayətkar dəstə zərərsizləşdirilib - FOTO

Bakı. 10 sentyabr. REPORT.AZ/ Ukraynanın Zaporojye vilayətində cinayətkar dəstə zərərsizləşdirilib.

"Report" Ukrayna mətbuatına istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları ağır cinayətlərin törədilməsində şübhəli bilinən qruplaşma üzvlərini saxlayıb.

Zaporojye vilayəti polisinin məlumatına görə, dəstə üzvləri ötən həftə Melitopol şəhərinin iki 23 yaşlı sakinini oğurlayıb. Onlar "Mersedes"lə "Tavriya" avtomobilinin qarşısını kəsərək nəqliyyat vasitəsindəki şəxsləri avtomobildən çıxarıblar və naməlum evə aparıblar. Cinayətkarlar oğurladıqları şəxsləri həmin evdə saxlayıblar. Lakin zərərçəkənlər qayışları, ipləri açmağa və pəncərə vasitəsilə qaçmağa nail olublar.

Hüquq-mühafizə orqanları tərəfindən zərərsizləşdirilən dəstə üzvlərinin sayı beş nəfərdən ibarətdir. Zaporojye vilayətinin Milli Polisinin Baş İdarəsinin rəhbəri Oleq Zolotonoş bildirib ki, saxlanılanlardan ikisi Azərbaycan vətəndaşı, ikisi Melitopol və biri Donetsk vilayətinin sakinidir.

Saxlanılanların cinayət vaxtı istifadə etdikləri "Mercedes" əyani sübut kimi götürülüb. Habelə onların istifadə etdikləri silah, zirehli geyim və digər əşyalar da müsadirə edilib.

Saxlanılanların digər cinayətlərdə, o cümlədən adam oğurluğunda və s. əli olduğu bildirilir.

Son xəbərlər

Orphus sistemi