Rusiyanın Xəzər donanması artilleriya təlimləri keçirir

Rusiyanın Xəzər donanması artilleriya təlimləri keçirir Dəniz manevrlərinə ümumilikdə donanmanın 20-dən çox gəmi və qayığı cəlb olunub
Digər ölkələr
15 Avqust , 2016 12:54
Rusiyanın Xəzər donanması artilleriya təlimləri keçirir

Bakı. 15 avqust. REPORT.AZ/ Rusiyanın Xəzər donanmasının hərbi gəmiləri artilleriya atışları üzrə təlimlər keçirmək məqsədilə Həştərxan və Mahaçqaladan dənizə çıxıb.

"Report" TASS-a istinadən xəbər verir ki, dəniz manevrlərinə ümumilikdə donanmanın 20-dən çox gəmi və qayığı cəlb olunub.

Təlimdə ekipaj üzvləri dəniz, sahil və hava hədəflərinə reket və artilleriya atəşləri açacaqlar.

Məlumatda bildirilib ki, təlimin əsas məqamlarından biri raketdaşıyan gəmilərin şərti rəqibin gəmiləri ilə döyüşü olacaq.

Son xəbərlər

Orphus sistemi