Bakı. 2 sentyabr. REPORT.AZ/ Rusiyanın Vaşinqtondakı Ticarət Nümayəndəliyində axtarışlara başlanılıb
"Report"un məlumatına görə, bu barədə "RİA Novosti" xəbər verib.
Rusiya Dövlət Dumasından isə bildirilib ki, ABŞ hakimiyyətinin Baş Konsulluqda axtarış haqqında qərarı onların qeyri-peşəkarlığını göstərir. Dumanın beynəlxalq məsələlər üzrə komitə sədrinin müavini Aleksey Çepa əlavə edib ki, belə hərəkətlər "soyuq müharibə" vaxtlarını xarakterizə edir.
Daha əvvəl bildirilib ki, ABŞ-ın xüsusi xidmət orqanları Rusiyanın San-Fransiskodakı Baş konsulluğunda axtarış aparmağı planlaşdırır.