Rusiyanın ABŞ-dakı ticarət missiyasındakı diplomatlarının ailələri səfirliyə yerləşdirilib

Rusiyanın ABŞ-dakı ticarət missiyasındakı diplomatlarının ailələri səfirliyə yerləşdirilib ​Bununla bağlı məsələlər həll edilib
Digər ölkələr
3 Sentyabr , 2017 05:15
Rusiyanın ABŞ-dakı ticarət missiyasındakı diplomatlarının ailələri səfirliyə yerləşdirilib

Bakı. 3 sentyabr. REPORT.AZ/ Rusiyanın Vaşinqtondakı ticarət missiyası ərazisində yaşayan diplomatlarının ailələri bu ölkənin ABŞ-dakı səfirliyinin ərazisində yerləşdirilib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə səfirliyinin mətbuat katibi Nikolay Laxonin bildirib. 

"Onların hamısı səfirliyin ərazisində yerləşdirilib. Bununla bağlı məsələlər həll edilib", - deyə o bildirib.

Dövlət Departamenti daha əvvəl Rusiya Federasiyasında ABŞ-ın diplomatik missiyasının işçilərinin sayını azaltmaq təklifinə cavabla əsaslandıraraq bu ölkənin San-Fransiskodakı konsulluğunu, Vaşinqtonda və Nyu-Yorkda ticarət nümayəndəliklərinin iki binasını sentyabrın 2-ə qədər bağlamağa tələb edib.

Rusiya bu addımları düşməncəsinə hərəkətlər adlandırıb.

Son xəbərlər

Orphus sistemi