Rusiyanın Vaşinqtondakı səfiri: "ABŞ-la dialoq aktivləşib"

Rusiyanın Vaşinqtondakı səfiri: "ABŞ-la dialoq aktivləşib" Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov son zamanlar Rusiya və ABŞ arasında ikitərəfli dialoqda aktivləşmənin olduğunu qeyd edib.
Digər ölkələr
8 Noyabr , 2019 06:37
Rusiyanın Vaşinqtondakı səfiri: ABŞ-la dialoq aktivləşib

Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov son zamanlar Rusiya və ABŞ arasında ikitərəfli dialoqda aktivləşmənin olduğunu qeyd edib.

Bu barədə "Report" "İnterfaks"a istinadən xəbər verir.

Onun sözlərinə görə, bu yaxınlarda ABŞ və Rusiya arasında strateji sabitlik, antiterrorizm, həmçinin ikitərəfli məsələlərdə kəskin problemlər üzrə məsləhətləşmələr keçirilib.

"Koreya Xalq Demokratik Respublikası və Əfqanıstan üzrə fikir mübadiləsi müvəffəqiyyətlə inkişaf edir. Bizim hərbçilərimiz Suriyada əlaqələri davam etdirirlər. Ünsiyyətin effektiv və olduqca məhsuldar vasitəsi baş qərargah rəisləri səviyyəsində yaranıb", - deyə Antonov əlavə edib.

Bu halda o qeyd edib ki, Moskva və Vaşinqton "yığılmış ikitərəfli qıcıqlandırıcıların uçqunları"nı dağıtmağa başlamalıdırlar.

Son xəbərlər

Orphus sistemi