Rusiyanın Tacikistandakı səfirliyində təhlükəsizlik tədbirləri gücləndirilib

Rusiyanın Tacikistandakı səfirliyində təhlükəsizlik tədbirləri gücləndirilib Bakı. 31 iyul. REPORT.AZ/ Rusiyanın Tacikistandakı səfirliyində ölkədə turistlərə edilən hücumdan sonra diplomatik nümayəndəliyin əməkdaşları üçün təhlükəsizlik tədbirləri gücləndirilib.
Digər ölkələr
31 İyul , 2018 12:35
Rusiyanın Tacikistandakı səfirliyində təhlükəsizlik tədbirləri gücləndirilib
0 : 00
0 : 00

Bakı. 31 iyul. REPORT.AZ/ Rusiyanın Tacikistandakı səfirliyində ölkədə turistlərə edilən hücumdan sonra diplomatik nümayəndəliyin əməkdaşları üçün təhlükəsizlik tədbirləri gücləndirilib.

"Report" xəbər verir ki, bu barədə RİA "Novosti"yə səfirliyin müşavir-elçisi Şamil Şamsutdinov məlumat verib. 

Onun sözlərinə görə, diplomatlara Tacikistanda hərəkət etmək məhdudiyyəti də qoyulub.

Qeyd edək ki, daha əvvəl Tacikistanın Xatlon vilayətinin Danqara rayonunda sürücünün avtobili kütlənin üzərinə sürməsi nəticəsində velosipedlə ölkə üzrə səyahət edən dörd əcnəbi turist - iki ABŞ, bir Hollandiya və bir İsveçrə vətəndaşı ölüb, daha 3 əcnəbi şəxs yaralanıb.

Maraqlıdır ki, insidentdə iki vətəndaşı ölən ABŞ tərəfi səfrilik vasitəsilə ABŞ vətəndaşları üçün artan təhlükə səviyyəsinə dair heç bir dəlilin olmadığını bəyan edib. Səfirlik vətəndaşları daha sayıq olamağ və istənilən yardım üçün səfriliyə müraciət etməyə çağırıb.

Son xəbərlər

Orphus sistemi