Rusiyanın Suriyadakı səfirliyi atəşə tutulub

Rusiyanın Suriyadakı səfirliyi atəşə tutulub Diplomatik missiyanın əməkdaşları arasında xəsarət alanlar yoxdur
Digər ölkələr
20 Noyabr , 2017 20:31
Rusiyanın Suriyadakı səfirliyi atəşə tutulub

Bakı. 20 noyabr. REPORT.AZ/ Rusiyanın Suriyadakı səfirliyi atəşə tutulub. 

"Report" Rusiya Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, diplomatik missiyanın əməkdaşları arasında xəsarət alanlar yoxdur. 

"Noyabrın 20-də Suriyanın paytaxtı Dəməşq şəhərinin terrorçular tərəfindən minaatanlardan atəşə tutulması nəticəsində mərmilərdən biri Rusiya səfirliyinin ərazisinə, yaşayış kompleksinin yaxınlığına düşüb. Nəticədə binanın divarı, elektrik xətləri və su təchizatı sistemi zədələnib", - xəbərdə qeyd olunub. 

Son xəbərlər

Orphus sistemi