​Rusiyanın Suriyadakı konsulluğu qarşısında avtomobil partladılıb

​Rusiyanın Suriyadakı konsulluğu qarşısında avtomobil partladılıb Tələfat barədə məlumat verilmir
Digər ölkələr
9 Dekabr , 2015 01:03
​Rusiyanın Suriyadakı konsulluğu qarşısında avtomobil partladılıb

Bakı. 09 dekabr. REPORT.AZ/ Rusiyanın Suriyanın Hələb şəhərində yerləşən konsulluq binası qarşısında minalanmış avtomobil partladılıb.

"Report" xəbər verir ki, bu barədə İranın "Fars" agentliyi məlumat yayıb.

Agentlik anonim mənbəyə istinadən yazıb ki, partlayış dekabrın 8-i gecə saatlarında baş verib. Tələfat barədə məlumat verilmir, terror aktına görə məsuliyyəti heç kim öz üzərinə götürməyib. Rusiyanın Xarici İşlər Nazirliyi baş verən hadisəyə hələ ki, heç bir münasibət bildirməyib.

Rusiyanın bu şəhərdəki konsulluğu 2013-cü ilin yanvarından fəaliyyətini dayandırıb və onun ərazisində diplomatik heyət üzvləri yoxdur.

Son xəbərlər

Orphus sistemi