Bakı. 18 oktyabr. REPORT.AZ/ Rusiyanın Müdafiə Nazirliyi Suriyada terrorçuların mövqelərinə endirilən havadan zərbələrin yeni videoyazısını yayımlayıb.
“Report” xəbər verir ki, video hərbi idarənin “YouTube”dəki kanalına yerləşdirilib.
Kadrlardan birində görünür ki, Rusiyanın “Su-24M” tipli bombardımançı təyyarələri terrorçuların Xama vilayətində peşəkarcasına gizlətdikləri artilleriya batareyasına və yanacaq-sürtkü materialları anbarlarına zərbələr endirir.