Yuxarı

​Rusiyanın "Su-27" qırıcı təyyarəsi Baltik dənizində Amerika kəşfiyyatçı təyyarəsini təqib edib

Su-27 RC-135-i yaxın məsafədə təqib edib

Bakı. 17 aprel. REPORT.AZ/Rusiyaya məxsus "Su-27" qırıcısı təyyarəsi Baltika dənizi akvatoriyasının səmasında ABŞ-ın Hərbi Hava Qüvvələrlərinə məxsus RC-135 kəşfiyyatçı təyyarəsini yaxalayıb. 

Report"un məlumatına görə, bu haqda "CNN" telekanalı məlumat yayıb.

Xəbərdə bildirilir ki, Su-27 təxminən RC-135-i hətta 15 metr məsafəyə qədər təqib edib. Telekanal əlavə edir ki, ABŞ-ın Avropadakı silahlı qüvvələri komandanlığının nümayəndəsi Denni Ernandesi Amerika təyyarəsinin neytral suların üzərində uçduğunu, Rusiyanın hava məkanına daxil olmadığını iddia edib.

"Bir pilotun təhlükəli və qeyri-peşəkar hərəkətləri ölkələr arasında gərginliyin lazımsız eskalasiyasına gətirib çıxara bilərlər", - deyə televiziya şirkəti Ernandesin iddiasından sitat gətirib

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi