Rusiyanın Stavropol şəhərində 3 silahlı zərərsizləşdirilib - YENİLƏNİB

Rusiyanın Stavropol şəhərində 3 silahlı zərərsizləşdirilib - YENİLƏNİB Onlara silahı yerə qoymaq və təslim olmaq təklif edilib
Digər ölkələr
9 Dekabr , 2017 06:37
Rusiyanın Stavropol şəhərində 3 silahlı zərərsizləşdirilib - YENİLƏNİB

Bakı. 9 dekabr. REPORT.AZ/ Rusiyanın güc strukturları Stavropol şəhərində antiterror əməliyyatının gedişində 3 silahlını zərərsizləşdiriblər. 

"Report" xəbər verir ki, bu barədə TASS agentliyi Federal Təhlükəsizlik Xidmətinin Regional İdarəsinin mətbuat xidmətinə istinadən məlumat yayıb. 

Qeyd edilir ki, antiterror əməliyyatı rejiminin gedişində insanların kütləvi toplaşdıqları yerlərdə terror aktı törətməyi planlaşdıran qruplaşma mühasirəyə alınıb. Üç silahlı cinayətkar zərərsizləşdirilib. 


***04:02

Rusiyanın Stavropol şəhərindəki fərdi yaşayış evində quldur dəstəsi mühasirəyə alınıb.

"Report" "RT"ə istinadən xəbər verir ki, bu barədə Milli Anti-terror Komitəsi məlumat yayıb.

"Stavropolda fərdi yaşayış evində quldur dəstəsi mühasirəyə alınıb. Onlara silahı yerə qoymaq və hakimiyyət orqanlarına təslim olmaq təklif edilib", - deyə xəbərdə bildirilir.

Qeyd edək ki, daha əvvəl yerli vaxtla saat 00:30-da Stavropolun bir hissəsində antiterror əməliyyatı rejiminin elan edilməsi məlum olub. Mənbənin məlumatına görə, rejim terror aktının qarşısını almaq üçün tətbiq edilib. 

Son xəbərlər

Orphus sistemi