Rusiyanın Saxalin adasında zəlzələ olub

Rusiyanın Saxalin adasında zəlzələ olub Artıq 3 və daha aşağı amplitudaya malik 14 yeraltı təkan qeydə alınıb
Digər ölkələr
24 Aprel , 2017 03:39
Rusiyanın Saxalin adasında zəlzələ olub
Courtesy İmage

Bakı. 24 aprel. REPORT.AZ/ Rusiyanın Saxalin adasının cənub-qərbində, Tatar boğazında 4,7 ballıq zəlzələ və bir neçə yeraltı təkan baş verib.

"Report"un məlumatına görə, bu barədə "İnterfax" agentliyi seysmoloji stansiyaya istinadən xəbər verib.

Seysmoloji stansiyanın rəisi Yelena Semenova agentliyə açıqlamasında bildirib ki, artıq 3 və daha aşağı amplitudaya malik 14 yeraltı təkan qeydə alınıb. Onun sözlərinə görə, yeraltı təkanlar hiss edilməsə də, yüksək həssaslığa malik aparatlar vasitəsilə qeydə alınıb.

Hazırda seysmoloji stansiya daxil olan məlumatı və həmin ərazidə cari vəziyyətin monitorinqini həyata keçirir.

Son xəbərlər

Orphus sistemi