Bakı. 15 yanvar. REPORT.AZ/ Rusiyanın Saratov vilayətində baş vermiş yol qəzası ilə əlaqədar cinayət işi başlayıb.
"Report" xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
Xəbərdə bildirilir ki, yük avtomobilinin sürücüsü yol hərəkəti qaydalarını pozmaqda təqsirləndirilir. Qəza zamanı ölənlərin də şəxsiyyəti dəqiqləşdirilib. Məlumata görə, hadisə zamanı dünyasını dəyişənlər Qırğızıstan vətəndaşlarıdır.
Qeyd edək ki, Saratov vilayətində yük avtomobilinin mikroavtobusla toqquşması zamanı 7 nəfər ölüb.
***09:38
Rusiyada ağır yol qəzası baş verib.
"Report"un məlumatına görə, bu barədə "TASS" agentliyi Daxili İşlər Nazirliyinin region üzrə rəsmisi Dmitri Rasskazova istinadən məlumat yayıb.
Məlumata görə, hadisə Saratov vilayətində, Nijni Novqorod avtomobil yolunun 550-ci kilometrliyində, Petrovsk rayonunun Tarumovk kəndi ərazisində qeydə alınıb. Belə ki, "Volvo" avtomobilinin "Toyota" ilə toqquşması nəticəsində 7 nəfər ölüb.
"RİA Novosti" agentliyi qəza zamanı ölənlərin MDB vətəndaşları olduğunu xəbər verib.
Hazırda ölənlərin şəxsiyyəti araşdırılır. Fakta bağlı araşdırma aparılır.