Bakı. 17 dekabr. REPORT.AZ/ Rublun ucuzlaşması ilə bağlı Rusiyanın regional banklarında dollar və avroya tələbat artıb.
"Report" "İnterfax"a istinadən xəbər verir ki, Çelyabinskidəki bankların çoxunda dollar və avro yoxdur. "İTB", "Yuqra" banklarında nə dollar, nə də avro var. "Absolyutbank"dakı bütün dollarlar satılıb. Həmin banklardan bildirilib ki, xarici valyuta iki gün sonra gətiriləcək.
Regionlardakı iri banklardan dolları 92,99 rubla, avronu isə 107,99 rubla almaq mümkün olub.
"Zapsibkombank"ın ofisində dollar 105 rubla, avro 95,5 rubla satılsa da dollar qurtarıb.
Tümendə valyuta mübadilə məntəqələrinin bir çoxunda dollar və avro olsa da, avro 99 rubl ətrafında, dollar isə 73-83 rubla satılıb.
"Rossiyski kredit" bankda dollar 120, avro isə 150 avroya təklif edilsə də, həmin valyutalar orada da qurtarıb.