Rusiyanın Nyu-York şəhərindəki Baş konsulluğu binası önündə etiraz aksiyası keçirilib

Rusiyanın Nyu-York şəhərindəki Baş konsulluğu binası önündə etiraz aksiyası keçirilib ABŞ-da yaşayan ukraynanılar Rusiyanın Nyu-York şəhərindəki Baş konsulluğu binası önündə etiraz aksiyası keçiriblər.
Digər ölkələr
24 Fevral , 2023 08:00
Rusiyanın Nyu-York şəhərindəki Baş konsulluğu binası önündə etiraz aksiyası keçirilib

ABŞ-da yaşayan ukraynanılar Rusiyanın Nyu-York şəhərindəki Baş konsulluğu binası önündə etiraz aksiyası keçiriblər.

“Report”un ABŞ bürosu xəbər verir ki, şəhər polisi konsulluğun inzibati binasının ətrafındakı yollarda nəqliyyatın hərəkətini dayandırıb.

Dinc aksiya iştirakçıları əllərində bayraqlar, "Putin qatildir", "Putinin terrorunu dayandırın", "Putin Ukraynadan əlini çək", "Müharibəni dayandırın", "Navalniyə azadlıq", kimi şüarlar yazan plakatlar tutublar.

Etirazçılar Ukraynada müharibənin bitməsini, Rusiya Prezidenti Vladimir Putinin beynəlxalq məhkəmə qarşısına çıxarılmasını tələb ediblər.

Diplomatik korpusun ərazisində müharibədə öldürülən 461 ukraynalı uşağın xatirəsinə şamlar yandırılıb.

Nyu-York polisinin yüzlərlə əməkdaşı etirazçıların konsulluq binasının girişinə yaxınlaşmaması üçün təhlükəsizlik tədbirlərini güclənidirblər. Üç saat davam edən aksiya insizdentsiz başa çatıb.

Son xəbərlər

Orphus sistemi