Yuxarı

Rusiyanın "Revizorro" verilişinin üzvləri çəkiliş zamanı döyülüb - FOTO - VİDEO

Proqramın prodüserləri artıq polisə şikayət ediblər

Bakı. 9 Avqust. REPORT.AZ/ Avqustun 8-də Rusiyanın Salexard şəhərindəki "Viktoriya" kafesində çəkiliş aparan məşhur "Revizorro" verilişinin üzvləri döyülüb.

"Report" xəbər verir ki, bu barədə "Pyatnitsa" kanalında efirə gedən verilişin aparıcısı Yelena Letuçaya öz İnstaqram səhifəsində yazıb.

"Bir neçə saat əvvəl Salexard şəhəri, Mayakovski küçəsi, 19 B ünvanında yerləşən "Viktoriya" kafesində "Revizorro"nun çəkiliş qrupunun üzvləri möhkəm döyülüb. Həqiqətin aşkar edilməsi həmişə riskli olub və mən bu çətin işi öz üzərimə götürdüm, peşman deyiləm. Lakin ümid edirəm ki, heç olmasa indi polis əməkdaşları öz işlərini görəcəklər və günahkarlar öz cəzalarını alacaqlar!".

Məlumata görə, proqramın prodüserləri ərizə ilə polisə şikayət ediblər və hazırda yoxlamaların yekunlaşmasını gözləyirlər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi