Rusiyanın Litvadakı ticarət nümayəndəliyinin binasına yumurta atılıb

Rusiyanın Litvadakı ticarət nümayəndəliyinin binasına yumurta atılıb Yumurtanın kim tərəfindən atıldığı məlum deyil
Digər ölkələr
15 Yanvar , 2017 20:52
Rusiyanın Litvadakı ticarət nümayəndəliyinin binasına yumurta atılıb

Bakı. 15 yanvar. REPORT.AZ/ Rusiyanın Litvanın paytaxtı Vilnüsdə yerləşən ticari-iqtisadi nümayəndəliyinin ərazisinə naməlum şəxslər tərəfindən bir neçə yumurta atılıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Litvanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

"Hadisə şənbə günü baş verib (Yanvarın 14-də). Hadisənin səbəbləri araşdırılır", - deyə məlumatda qeyd olunur.

Son xəbərlər

Orphus sistemi