Rusiyanın İsraildəki səfiri xəstəxanaya aparılıb

Rusiyanın İsraildəki səfiri xəstəxanaya aparılıb Səfirin səhhətinin indi sabit olduğu bildirilir
Digər ölkələr
29 dekabr 2016 22:58
Rusiyanın İsraildəki səfiri xəstəxanaya aparılıb

Bakı. 30 dekabr. REPORT.AZ/ Rusiyanın İsraildəki fövqəladə və səlahiyyətli səfiri Aleksandr Pertoviç Şein Təl-Əvivdəki "İxilov" xəstəxanasına yerləşdirilib.

"Report" xəbər verir ki, bu barədə yerli "Ynet" məlumat yayıb.

Məlumata görə, hadisə səfirin Təl-Əvivdəki "Monterey" restoranındakı şam yeməyindən sonra baş verib. Xəstəxananın intensiv terapiya şöbəsinə yerləşdirilmiş səfirin səhhətinin sabit olduğu bildirilir.

Səfirin müavini Aleksey Drobinin xəbəri təsdiqləyib. O, qeyd edib ki, səfirin səhhəti indi yaxşıdır. 

Son xəbərlər

Orphus sistemi