Rusiyanın HHM sistemləri KXDR-ABŞ münaqişəsi səbəbindən yüksək hazırlığa keçirilib

Rusiyanın HHM sistemləri KXDR-ABŞ münaqişəsi səbəbindən yüksək hazırlığa keçirilib Şimali Koreyanın mümkün raket buraxılışı həyata keçirə biləcəyi zonalar xüsusi nəzarət altındadır
Digər ölkələr
11 Avqust , 2017 13:27
Rusiyanın HHM sistemləri KXDR-ABŞ münaqişəsi səbəbindən yüksək hazırlığa keçirilib

Bakı. 11 avqust. REPORT.AZ/ Rusiyanın Uzaq Şərqdəki Hava Hücumundan Müdafiə (HHM) sistemləri Koreya Xalq Demokratik Respublikası (KXDR) və ABŞ arasındakı münaqişə səbəbindən yüksək hazırlığa keçirilib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə daha əvvəl müdafiə və təhlükəsizlik üzrə Federasiya Şurası Komitəsinə rəhbərlik etmiş senator Viktor Ozerov bildirib.

Onun sözlərinə görə, başverənlər narahatlıq yaradır və ona görə Uzaq Şərqdə yüksək hazırlıq rejiminə keçilib: "Şimali Koreyanın mümkün raket buraxılışı həyata keçirə biləcəyi zonalar xüsusi nəzarət altındadır".

O, Rusiyanın HHM sistemlərinin əsas məqsədinin KXDR-in raketlərin koordinatlarını səhv daxil edəcəyi təqdirdə Rusiya ərazisini qorumaqdan ibarət olduğunu vurğulayıb.

Son xəbərlər

Orphus sistemi