Yuxarı

Rusiyanın cənubunda ​müşahidə olunan güclü yanğınlar Çin ərazisinə keçib

Dünən yanğn Çinin şimalında yerləşən Daxili Monqolustan muxtar regionunun ərazisinə çatıb

Bakı. 14 aprel. REPORT.AZ/ Rusiyanın cənubunda müşahidə olunan və 23 nəfərin həyatına son qoyan güclü yanğınlar Çin ərazisinə keçib, Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir. 

Dünən yanğn Çinin şimalında yerləşən Daxili Monqolustan müxtar regionunun ərazisinə çatıb.

Agentliyin məlumatına görə, yanğın nəticəsində 85 tikili, Arqunda yaşayan 50-dən artıq ailənin avtomobili yanıb. Dəyən ziyanın miqdarı 3,2 mln. dollar dəyərində qiymətləndirilir. Yanğının söndürülməsinə 660 yanğınsöndürən cəlb olunub. Ölən və yaralananlar haqqında məlumat daxil olmayıb. 

Xatırladaq ki, aprelin 12-də sürəti saniyədə 30 km-ə çatan güclü külək səbəbindən Xakasiyada yanğın təhlükəsi daha da artıb. Yanğın 20-dən artıq yaşayış məntəqəsini bürüyüb. 5 minə yaxın insan evsiz qalıb. Son məlumatlara görə, 23 nəfər ölüb. Rusiya İstintaq Komitəsi Xakasiyadakı yanğınlardan sonra 5 cinayət işi açıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi