Rusiyanın bukmeyker şirkəti Böyük Britaniyada fəaliyyətini dayandırıb

Rusiyanın bukmeyker şirkəti Böyük Britaniyada fəaliyyətini dayandırıb Rusiyanın “1XBet” bukmeyker şirkəti uşaq idmanı ilə bağlı mərc oyunları keçirdiyinə dair “The Sunday Times” tərəfindən aparılan araşdırmadan sonra saytının fəaliyyətini dayandırıb.
Digər ölkələr
14 Avqust , 2019 18:06
Rusiyanın bukmeyker şirkəti Böyük Britaniyada fəaliyyətini dayandırıb

Rusiyanın “1XBet” bukmeyker şirkəti uşaq idmanı ilə bağlı mərc oyunları keçirdiyinə dair “The Sunday Times” tərəfindən aparılan araşdırmadan sonra saytının fəaliyyətini dayandırıb.

“Report” Böyük Britaniya KİV-inə istinadən xəbər verir ki, ötən ay aparılan araşdırmalar adəçəkilən şirkətin saytında iyun ayında Keniyada məktəblərdə keçirildiyi güman edilən U16 basketbol oyunlarına və başqa yarışlara dair mərclər qəbul etdiyini üzə çıxarıb. Daha sonra da şirkət tərəfindən premyer liqa oyunlarının qanunsuz yayımını təşkil edən saytlarda reklam yerləşdirildiyinə dair sübutlar əldə edilib.

Ötən il isə Böyük Britaniya mediası “1XBet” tərəfindən Filippinlərdən canlı yayımlanan xoruz döyüşlərinə də mərc qəbul etdiyini bildirib.

Hazırda barəsində qumar oyunları komissiyası tərəfindən araşdırma aparılan “1XBet”in proqram təminatını hazırlayan “FSB Technology” şirkəti Böyük Britaniyada saytına girişi bağlayaraq onunla “white label” (başqa şirkətin istehsal etdiyi qeyri-brand məhsul və xidmətlərin öz brandı ilə satışı) sazişinə düzəlişlər edir.

Qeyd edək ki, “1XBet” bukmeyker şirkəti Azərbaycanda da qanunsuz fəaliyyət göstərir. Belə ki, bəzi yerli və xarici saytlarda həmin şirkət tərəfindən ölkə milli komandası futbolçularının şəkillərinin qanunsuz olaraq reklam məqsədli istifadə etdiyini görmək olar. Bununla bağlı AFFA dəfələrlə müvafiq bəyanatlar verib. 

Xatırladaq ki, ölkə ərazisində yeganə qanuni mərc oyunları məkanı “Topaz” hesab olunur.

Son xəbərlər

Orphus sistemi