Rusiyanın Bratsk şəhərində kütləvi zəhərlənmə nəticəsində 80 sagird zərər çəkib

Rusiyanın Bratsk şəhərində kütləvi zəhərlənmə nəticəsində 80 sagird zərər çəkib Uşaqlar və işçilərdə virus aşkarlanıb
Digər ölkələr
17 Oktyabr , 2017 03:30
Rusiyanın Bratsk şəhərində kütləvi zəhərlənmə nəticəsində 80 sagird zərər çəkib
http://pravdapfo.ru/

Bakı. 17 oktyabr. REPORT.AZ/ Rusiyanın Bratsk şəhərində bazar ertəsi 80 şagird məktəbə gəlməyib.

“Report” xəbər verir ki, bu barədə ölkənin bir sıra mətbuat orqanları məlumat yayıb.

Məlumata görə, məktəbdə müəllim və qida şöbəsinin əməkdaşları da daxil olmaqla, ümumilikdə 36 nəfər xəstəxanaya müraciət edib. Uşaqlar və işçilərdə virus aşkarlanıb.

“Epidemioloji istintaq zamanı tədris müəssisəsində sanitar-epidemioloji rejimdə pozulmalar qeydə alınıb. Şagirdlərin tibbi xidməti təşkil edilməyib, dezinfeksiya aparılmayıb. Uşaqların qidalanmasına dair nəzarət yoxdur,” – deyə İrkutsk vilayəti üzrə müvafiq qurumun nümayəndəsi söyləyib.

Həmçinin müəyyən edilib ki, şagirdlərin qəbul etdiyi qida rasionu da menyuya uyğun deyil. Qida şöbəsinin iki işçisinin ümumiyyətlə şöbəyə daxil olmaq üçün icazəsi yoxdur. 

Son xəbərlər

Orphus sistemi