Yuxarı

Rusiyanın BMT-dəki daimi nümayəndəsi: "ABŞ və Rusiya arasında Suriya üzrə razılaşma indi sual altındadır"

Vitali Çurkin ABŞ-ın Suriya ordusuna zərbəsi ilə bağlı açıqlama verib

Bakı. 18 sentyabr. REPORT.AZ/ Rusiya və ABŞ arasında Suriya üzrə razılaşma koalisiyanın hökumət qüvvələrini bombardıman etməsinə görə indi sual altındadır.

"Report" xəbər verir ki, bunu Rusiyanın BMT yanında daimi nümayəndəsi Təhlükəsizlik Şurasının təcili iclasından sonra jurnalistlərə açıqlamsında deyib.

"İndi ciddi sual işarəsi qoymaq olar", - deyə V.Çurkin Rusiya və ABŞ arasında Suriya üzrə razılaşmanın pozulub-pozulmaması ilə bağlı sualı cavablandırarkən bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi