Rusiyanın Aİ-dəki dondurulmuş şəxsi aktivlərinin məbləği 24 milyard avronu keçib

Rusiyanın Aİ-dəki dondurulmuş şəxsi aktivlərinin məbləği 24 milyard avronu keçib Avropa İttifaqının (Aİ) sanksiya siyahısına daxil edilmiş Rusiyadan olan fiziki şəxslərin və şirkətlərin dondurulmuş aktivlərinin məbləği hazırda təxminən 24,1 milyard avro təşkil edir.
Digər ölkələr
11 may 2023 12:07
Rusiyanın Aİ-dəki dondurulmuş şəxsi aktivlərinin məbləği 24 milyard avronu keçib

Avropa İttifaqının (Aİ) sanksiya siyahısına daxil edilmiş Rusiyadan olan fiziki şəxslərin və şirkətlərin dondurulmuş aktivlərinin məbləği hazırda təxminən 24,1 milyard avro təşkil edir.

“Report” xəbər verir ki, bu barədə Avropa Komissiyasının nümayəndəsi Kristian Viqand Brüsseldə keçirdiyi brifinqdə məlumat verib.

“Hazırda biz Aİ ərazisində sanksiya tətbiq edilən fiziki şəxslərin və şirkətlərin təxminən 24,1 milyard məbləğində aktivlərini dondurmuşuq”, - o deyib.

AK nümayəndəsi xatırladıb ki, sanksiyaya məruz qalan şəxslər və təşkilatların aktivləri dondurulur, heç bir halda müsadirə edilmir.

Son xəbərlər

Orphus sistemi