Rusiyanın ABŞ-ın Sietl şəhərindəki baş konsulluğu tam bağlanıb

Rusiyanın ABŞ-ın Sietl şəhərindəki baş konsulluğu tam bağlanıb Aprelin 2-nə keçən gecə əməkdaşların müəssisəyə girişi dayandırılacaq
Digər ölkələr
31 Mart , 2018 04:47
Rusiyanın ABŞ-ın Sietl şəhərindəki baş konsulluğu tam bağlanıb

Bakı. 31 mart. REPORT.AZ/ Rusiyanın ABŞ-ın Sietl şəhərindəki baş konsulluğu cümə günü yerli vaxtla 17:00-da tamamilə bağlanıb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, beləliklə, diplomatik nümayəndəlik son iş gününü başa çatdıraraq ABŞ hökumətinin tapşırığını yerinə yetirib.

Aprelin 2-nə keçən gecə əməkdaşların müəssisəyə girişi dayandırılacaq.

Bunadək əməkdaşlar bütün sənəd və əşyaları binadan çıxarmalıdırlar.

Son xəbərlər

Orphus sistemi