Rusiyanın ABŞ-dakı səfirliyinin qarşısındakı küçəyə Boris Nemtsovun adı verilə bilər

Rusiyanın ABŞ-dakı səfirliyinin qarşısındakı küçəyə Boris Nemtsovun adı verilə bilər ABŞ Konqresinin Milli Təhlükəsizlik və Senatın Hökumət İşləri Komitəsi müvafiq qanun layihəsini dəstəkləyib
Digər ölkələr
18 May , 2017 12:51
Rusiyanın ABŞ-dakı səfirliyinin qarşısındakı küçəyə Boris Nemtsovun adı verilə bilər

Bakı. 18 may. REPORT.AZ/ ABŞ Konqresinin Milli Təhlükəsizlik və Senatın Hökumət İşləri Komitəsi Rusiyanın Vaşinqtondakı səfirliyi qarşısındakı küçənin adının dəyişdirilərək ona 2015-ci ildə qətlə yetirilən rusiyalı müxalifətçi siyasətçi Boris Nemtsovun adının verilməsinə dair qanun layihəsini dəstəkləyib.

"Report" BBC-yə istinadən xəbər verir ki, qanun layihəsinin müəllifi, respublikaçı Mark Rubionun fikrincə, Viskonsin avenyudakı yol kəsişməsində "Boris Nemtsov plaza" adını alacaq və Rusiyanın diplomatik missiyasının ünvanı məhz belə göstəriləcək.

Qanun layihəsi qüvvəyə minməsi üçün ABŞ Konqresi tərəfindən təsdiq edilməli, eləcə də ölkə prezidenti Donald Tramp tərəfindən imzalanmalıdır.

Qeyd edək ki, müxalif siyasətçi Boris Nemtsov 2015-ci il fevralın 27-də gecə saatlarında qətlə yetirilib.

Son xəbərlər

Orphus sistemi