Rusiyanın ABŞ-dakı səfirliyi: "Sanksiyalar ikitərəfli münasibətləri pozur və cavabsız qalmayacaq"

Rusiyanın ABŞ-dakı səfirliyi: "Sanksiyalar ikitərəfli münasibətləri pozur və cavabsız qalmayacaq" Yeni sanksiyaları düşmənçilik aktı kimi qiymətləndiririk
Digər ölkələr
30 Dekabr , 2016 08:01
Rusiyanın ABŞ-dakı səfirliyi: Sanksiyalar ikitərəfli münasibətləri pozur və cavabsız qalmayacaq

Bakı. 30 dekabr. REPORT.AZ/ "ABŞ-ın Rusiya, rus diplomatları və onların ailə üzvləri barəsində sanksiyaları ikitərəfli münasibətləri pozur və cavabsız qalmayacaq".

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya Federasiyasının Vaşinqtondakı səfirliyindən bildiriblər.

"Biz ABŞ administrasiyasının Rusiyaya, rus diplomatlarına və onların ailə üzvlərinə qarşı yeni sanksiyalarını adi düşmənçilik aktı kimi qiymətləndiririk. Dekabrın 29-da elan edilmiş sanksiyalar bilavasitə Rusiya-Amerika ikitərəfli münasibətlərini pozmağa yönəlib. Onlar cavabsız qalmayacaq", - deyə Rusiya diplomatik missiyasının "Twitter" yazısınıda deyilir.

Qeyd edək ki, ötən gün ABŞ prezidenti Barak Obama Rusiyaya qarşı yeni sanksiyalatın tətbiq edilməsi haqqında fərman imzalayıb. Fərmana əsasən sanksiyalar ABŞ-da demokratiyanın pozulmasına yönəlmiş fəaliyyətlə əlaqədar tətbiq olunub.

Sanksiyalar Rusiyanın bir sıra rəsmi şəxslərinə, habelə 5 təşkilata şamil edilib.

Bununla yanaşı, ABŞ Vaşinqtondakı və San-Fransiskodakı Rusiya diplomatlarını geri göndərəcək və Rusiyanın Nyu-York və Merilend ştatlarında iki diplomatik nümayəndəliklərini bağlayacaq. Vaşinqtondakı və San-Fransiskodakı Rusiya diplomatlarına ölkəni tərk etmək üçün 72 saat vaxt verilib.

Son xəbərlər

Orphus sistemi