Rusiyanın ABŞ-dakı səfiri Trampın inauqurasiyasına dəvəti qəbul edib

Rusiyanın ABŞ-dakı səfiri Trampın inauqurasiyasına dəvəti qəbul edib Donald Trampın inauqurasiyası yanvarın 20-də paytaxt Vaşinqtonda keçiriləcək
Digər ölkələr
10 Yanvar , 2017 07:10
Rusiyanın ABŞ-dakı səfiri Trampın inauqurasiyasına dəvəti qəbul edib

Bakı. 10 yanvar. REPORT.AZ/ Rusiyanın ABŞ-dakı səfiri Sergey Kislyak yeni seçilmiş prezident Donald Trampın inauqurasiyasına dəvəti qəbul edib.

"Report" xəbər verir ki, bu barədə səfirliyin mətbuat xidmətindən "RİA Novosti"yə məlumat verilib.

"Protokol qaydalarına və təcrübəyə əsasən ABŞ prezidentinin inauqurasiyasına xarici səfirlər dəvət edilir. ABŞ tərəfindən Rusiyanın səfiri Sergey Kislyak bu mərasimə dəvət olunub. Səfir həmin tədbirdə iştirak edəcək" – deyə səfirliyin mətbuat katibi Nikolay Laxonin bildirib.

Qeyd edək ki, Donald Trampın inauqurasiyası yanvarın 20-də paytaxt Vaşinqtonda keçiriləcək.  

Son xəbərlər

Orphus sistemi