Rusiyanın 2 hərbçisi Suriyada həlak olub

Rusiyanın 2 hərbçisi Suriyada həlak olub Hərbçilər İŞİD tərəfindən atəşə məruz qalıblar
Digər ölkələr
4 Sentyabr , 2017 23:10
Rusiyanın 2 hərbçisi Suriyada həlak olub
"RİA Novosti"

Bakı. 4 sentyabr. REPORT.AZ/ Rusiyanın müqavilə ilə xidmət keçən 2 hərbçisi Suriyanın Deyr-ez Zor vilayətində İŞİD terrorçularının açdığı atəş nəticəsində həlak olub.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

"Müqaviləli xidmət keçən hərbi qulluqçular duşmənçilik edən tərəflərin barışığı üzrə Rusiya Mərkəzinin avtomobil karvanını müşayiət ediblər. Deyr-ez-Zor vilayətində müşahidə zamanı avtomobil karvanı İŞİD terrorçuları tərəfindən minaatanlardan atəşə məruz qalıb. Atəş nəticəsində Rusiyanın bir hərbi qulluqçusu həlak olub, daha bir hərbçi ağır yaralanıb", - deyə xəbərdə bildirilir.

Qeyd edilir ki, yaralı operativ olaraq hospitala çatdırılıb. Hərbi həkimlər onun həyatını xilas etmək istəsələr də, buna nail ola bilməyiblər.

Hərbi qulluqçular komandanlıq tərəfindən dövlət mükafatları ilə təltif ediliblər. 

Son xəbərlər

Orphus sistemi