Rusiyanın dostu sayılan keçmiş kansler insanlığa qarşı cinayətdə ittiham olunur

Rusiyanın dostu sayılan keçmiş kansler insanlığa qarşı cinayətdə ittiham olunur Almaniyanın Hannover Prokurorluğu keçmiş kansler Gerhard Şröyderin cinayət məsuliyyətinə cəlb olunması tələbi ilə çıxış edib.
Digər ölkələr
10 Mart , 2022 17:18
Rusiyanın dostu sayılan keçmiş kansler insanlığa qarşı cinayətdə ittiham olunur

Almaniyanın Hannover Prokurorluğu keçmiş kansler Gerhard Şröyderin cinayət məsuliyyətinə cəlb olunması tələbi ilə çıxış edib.

“Report” xəbər verir ki, bu barədə yerli "Badische Neuste Nachrichten" nəşri yazıb.

Bildirilib ki, o, insanlığa qarşı cinayətdə ittiham olunur. Müvafiq sənədlər artıq federal prokurorluğa yönləndirilib.

“Politico” nəşrinin məlumatına görə, Şröder Ukraynadakı münaqişənin həll edilməsi səyləri çərçivəsində bu gün Vladimir Putinlə görüşmək üçün Moskvadadır.

Qeyd edək ki, "Deutsche Welle"nin ("Alman dalğası") yazdığına əsasən, Almaniyanın keçmiş kansleri, Sosial-Demokrat Partiyasının ofisi ölkəsində Kremlə yaxınlığına və Rusiyanın dövlət konsernlərində fəaliyyətinə görə tənqid edilir. Məlumata görə, o, 2021-ci ildə dövlət büdcəsindən əməkdaşlara ödəmək üçün 407 min avro alıb. Həmin il onun ofisində 5 əməkdaş işləyib. Ofisin rəhbəri ayda 10 400 avro əmək haqqı alıb. G.Şröderin bütün xərcləri dövlət büdcəsindən maliyyələşir. Bundan başqa, keçmiş kansler Rusiyanın hərbi müdaxiləsində Ukraynanı tənqid edib.

Qeyd edək ki, Gerhard Şröyder 1944-cü il aprelin 7-də Mossenberq-Vyorn şəhərində doğulub.1998-ci il oktyabrın 27-dən 2005-ci il noyabrın 21-dək Almaniyanın kansleri olub. 2017-ci il sentyabrın 29-da “Rosneft”in Direktorlar Şurasının sədridir. 2008-ci ildə Rusiya Elmlər Akademiyasının xarici üzvüdür. Sankt-Peterburq Universitetnin fəxri doktorudur.

Son xəbərlər

Orphus sistemi