Yuxarı

Rusiyalı silah alverçisi ilə əlbir olan şəxsə ABŞ-da 5 il həbs cəzası verildi

Chichakli-yə 9 il iş kəsilməsi gözlənilsə də, hakim onun “öz əməlindıən peşmançılıq çəkdiyini” bildirib

Bakı. 5 dekabr. REPORT.AZ/ ABŞ sanksiyalarını heçə sayaraq Rusiyalı silah alverçisi Viktor Butdan təyyarə alan Suriya vətəndaşı Richard Chichakli bu əməlinə görə 5 il müddətinə azadlıqdan məhrum edilib.

"Report"un Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, Nyu-York sahə məhkəməsi 55 yaşlı Richard Chichakli-yə ötən il təqsirli bilindiyi fırıldaqçılıq əməlinə görə 1, 77 milyon dollar cərimə ödəməyi də hökm edib.

Bildirilir ki, Chichakli-yə 9 il iş kəsilməsi gözlənilsə də, hakim onun “öz əməlindıən peşmançılıq çəkdiyini” bildirib.

Chichakli-nin həmçinin 2007-ci ildə Butla şərik olduqları “Samar air” şirkəti üçün Boeing şirkətindən təyyarə almağa cəhd göstərdiyi de qeyd olunur.

Adı “Ölüm taciri” kitabına daxil edilən V.But dünya miqyasında münaqişə zonalarında silah saymaqla məşğul olub.

O hazırda 25 illik həbsxana cəzası çəkir. But, ABŞ əsgərlərini öldürməyi planlaşdıran Kolumbiya qiyamçılarına silah satmağa cəhd göstərməkdə təqsirli bilinib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi