Yuxarı
    Bağlamaq

    Rusiyada zəlzələ olub

    Seysmoloqlar Kamçatkada 4,8 maqnitudalı zəlzələ qeydə alıblar

    Bakı. 27 aprel. REPORT.AZ/ Rusiyada zəlzələ olub.

    "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka filialı xəbər yayıb.

    Xəbərdə bildirilir ki, seysmoloqlar Kamçatkada 4,8 maqnitudalı zəlzələ qeydə alıblar. 

    Zəlzələnin episentri 44 kilometr dərinlikdə, Nikolskoy kəndindən 59 kilometr şimalda qeydə alınıb.

    Dağıntı və tələfat yoxdur, sunami təhlükəsi elan olunmayıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi