Rusiyada zəlzələ baş verib

Rusiyada zəlzələ baş verib Zəlzələ Petropavlovsk-Kamçatkanın ayrı-ayrı ərazilərində 2 bal gücündə hiss edilib
Digər ölkələr
3 Aprel , 2017 02:39
Rusiyada zəlzələ baş verib
Foto: 1dialog.ru

Bakı. 3 aprel. REPORT.AZ/ Rusiyanın Kamçatka yarımadasında zəlzələ baş verib.

"Report" xəbər verir ki, bu barədə "RİA Novosti" Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka filialına istinadən məlumat yayıb.

"Seysmik hadisə Sakit okean hövzəsində qeydə alınıb. Zəlzələnin episentri Petropavlovsk-Kamçatkadan 121 kilometr cənub-şərqdə, 43 kilometr dərinlikdə yerləşib" – deyə xidmətin nümayəndəsi bildirib.

O, qeyd edib ki, zəlzələ Petropavlovsk-Kamçatkanın ayrı-ayrı ərazilərində 2 bal gücündə hiss edilib. Tələfat və ya dağıntı barəsində məlumat verilmir. 

Son xəbərlər

Orphus sistemi