Bakı. 19 mart. REPORT.AZ/ Rusiyada bir neçə nəfərin ölümü və xəsarət alması ilə nəticələnmiş yol qəzası baş verib.
"Report"un məlumatına görə, bu barədə "RİA Novosti" xəbər verib.
Məlumata görə, hadisə Amur vilayətində, Blaqoveşensk-Qomelevka magistral yolunda qeydə alınıb. Belə ki, mikroavtobusla "Toyota Kluger"in toqquşması nəticəsində 4 nəfər ölüb, daha 1 nəfər xəsarət alıb.
İlkin ehtimala görə, hadisəyə səbəb sürücülərdən birinin əks tərəfdən gələn nəqliyyat vasitəsinin yoluna çıxması olub.
Polis hadisənin başvermə səbəblərini araşdırır.