Rusiyada yol qəzası baş verib: ölən və yaralananlar var

Rusiyada yol qəzası baş verib: ölən və yaralananlar var Faktla bağlı araşdırmalara başlanılıb
Digər ölkələr
16 Aprel , 2017 17:45
Rusiyada yol qəzası baş verib: ölən və yaralananlar var
Foto: "RİA Novosti"

Bakı. 16 aprel. REPORT.AZ/ Rusiyanın Kirov vilayətində bir nəfərin ölümü, bir neçə nəfərin xəsarət alması ilə nəticələnmiş yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, bu barədə "RİA Novosti" Daxili İşlər Nazirliyinin Regional İdarəsinə istinadən xəbər verib.

Xəbərdə bildirilir ki, "Mercedes Sprinter" avtomobilinin "Ford Transit" mikroavtobusu ilə toqquşması nəticəsində 12 nəfər xəsarət alıb. Hadisənin Kirov-Sovetsk avtomobil yolunun 16-cı kilometrliyində baş verdiyi bildirilir. 

Qeyd olunur ki, qəzaya səbəb "Mercedes Sprinter" avtomobilinin qarşıdan gələn "Ford Transit" mikroavtobusunun yoluna çıxması olub. Nəticədə mikroavtobusun 1 sərnişini ölüb, hər iki nəqliyyat vasitəsinin sürücüsü, habelə 10 sərnişin xəsarət alıb.

Yaralılar xəstəxanalara yerləşdirilib. Faktla bağlı araşdırmalara başlanılıb. 

Son xəbərlər

Orphus sistemi