Rusiyada yaşayış evində partlayış olub: 1 ölü, 2 yaralı

Rusiyada yaşayış evində partlayış olub: 1 ölü, 2 yaralı Xəsarət alanlar xəstəxanaya yerləşdirilib
Digər ölkələr
9 Aprel , 2017 08:53
Rusiyada yaşayış evində partlayış olub: 1 ölü, 2 yaralı

Bakı. 9 aprel. REPORT.AZ/ Rusiyanın Taqanroq şəhərindəki yaşayış evlərindən birində partlayış baş verib.

"Report"un məlumatına görə, bu barədə "TASS" agentliyinə Fövqəladə Hallar Nazirliyinin Rostov vilayəti üzrə Baş İdarəsindən xəbər verilib.

Xəbərdə bildirilir ki, hadisə zamanı həmçinin 2 nəfər xəsarət alıb.

"Hadisə 5 mərtəbəli yaşayış binasının 5-ci binasında baş verib" – deyə idarədən bildirilib.

Hadisə ilə əlaqədar 80 nəfər təxliyə edilib. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.  

Son xəbərlər

Orphus sistemi