Rusiyada ölkə vətəndaşlarının əcnəbilərlə saxta nikahını təşkil etmiş azərbaycanlıya qarşı cinayət işi açılıb

Rusiyada ölkə vətəndaşlarının əcnəbilərlə saxta nikahını təşkil etmiş azərbaycanlıya qarşı cinayət işi açılıb Azərbaycan vətəndaşı 2011-2016-cı illərdə Rusiya vətəndaşları ilə əcnəbilərin saxta nikahını təşkil edib
Digər ölkələr
4 Dekabr , 2016 20:18
Rusiyada ölkə vətəndaşlarının əcnəbilərlə saxta nikahını təşkil etmiş azərbaycanlıya qarşı cinayət işi açılıb

Bakı. 4 dekabr. REPORT.AZ/ Rusiyanın İvanovo şəhərində bu ölkə vətəndaşlarının əcnəbilərlə saxta nikahlarını təşkil edən azərbaycanlıya qarşı cinayət işi açılıb. 

"Report" "İvanovonews.ru"ya istinadən xəbər verir ki, İvanovo polisi qanunsuz miqrasiyanın təşkili faktları üzrə cinayət işini araşdırır.

İşin materiallarına əsasən, adı açıqlanmayan Azərbaycan vətəndaşı 2011-ci ildən 2016-cı ilə qədər Rusiya Federasiyası vətəndaşları ilə əcnəbilərin bir neçə saxta nikahını təşkil edib. Əsas məqsədin ailə qurulmasından ibarət olmadığı qanunsuz işdə saxta nikaha razılaşmış qadınlar 2000-10000 rubl miqdarında pul alıblar. Qadınlar nikahın bağlanmasından qısa müddət sonra boşanıblar.

Onlarla nikaha girmiş miqrantlar isə öz növbəsində Rusiya vətəndaşlığı alıblar. "Sonuncu belə qanunsuzluq faktı Gürcüstan vətəndaşı ilə İvanovka sakini arasında bağlanmış saxta nikah olub", - deyə şəhərin hüquq-mühafizə orqanlarından bildirilib.

Son xəbərlər

Orphus sistemi