Rusiyada təyyarə texniki problemlərə görə hava limanına geri qayıdıb

Rusiyada təyyarə texniki problemlərə görə hava limanına geri qayıdıb Havaya qalxdıqdan sonra təyyarə texniki nasazlıq yaranıb
Digər ölkələr
28 Dekabr , 2015 05:30
Rusiyada təyyarə texniki problemlərə görə hava limanına geri qayıdıb

Bakı. 28 dekabr. REPORT.AZ/ Rusiyanın "Avrora" aviaşirkətinə məxsus "Airbus 319" tipli sərnişin təyyarəsi Vladivostok havalimanına geri qayıdıb.

"Report"un "İnterfaks" agentliyinə istinadən verdiyi məlumata görə, Vladivostok-Yujno-Saxalinsk marşrutu üzrə səfər edən təyyarədə havaya qalxdıqdan sonra yaranmış texniki nasazlıq səbəbindən qayıtmaq məcburiyyətində qalıb.

Təyyarənin kompyuter sistemində nasazlığın baş verdiyini bildirən "Avrora" nümayəndələri, sərnişinlərin təyyarəni dərhal tərk etdiyini deyiblər.

Məlumata əsasən, texniki problemlər artıq aradan qaldırılıb və reys bir neçə saatdan sonra başqa bir təyyarə ilə həyata keçirilib.

Son xəbərlər

Orphus sistemi