Rusiyada təyyarə qəzaya uğrayıb, pilot ölüb

Rusiyada təyyarə qəzaya uğrayıb, pilot ölüb Rusiyada yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.
Digər ölkələr
179
13 Sentyabr , 2021 20:25
Rusiyada təyyarə qəzaya uğrayıb, pilot ölüb

Rusiyada yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, hadisə Belqorod vilayətində qeydə alınıb.

Qəza nəticəsində pilot ölüb.

"Belqorod vilayətində, Bexteyevka və Sokolovka kəndləri arasında yüngül mühərrikli təyyarə havaya qalxarkən qəzaya uğrayıb. Onun göyərtəsində bir pilot olub və o da ölüb", - agentliyə məlumatlı mənbə bildirib.

Qəzadan sonra təyyarədə yanğının baş verdiyi də açıqlanıb.

Təyyarənin düşdüyü ərazidə heç bir dağıntı və tələfat qeydə alınmayıb.

 
İngilis versiyası Plane crashes in Russia 

Son xəbərlər

Orphus sistemi