Rusiyada təyyarə qəzaya uğrayıb, ölən var

Rusiyada təyyarə qəzaya uğrayıb, ölən var Pilotlardan biri ölüb
Digər ölkələr
7 Noyabr , 2017 05:48
Rusiyada təyyarə qəzaya uğrayıb, ölən var

Bakı. 7 noyabr. REPORT.AZ/ Rusiyanın Amursk vilayətinin Ekimçan qəsəbəsində An-2 təyyarəsi qəzaya uğrayıb.

"Report" xəbər verir ki, bu barədə TASS-a Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsindən məlumat verilib.

İdarədən bildirilib ki, təyyarə sərt eniş edib və bu zaman yanıb. Hadisə yerinə Ekimçan qəsəbəsinin yanğınsöndürənləri gəliblər.

Fövqəladə vəziyyətlərdəki mənbənin məlumatına görə, ilkin məlumata görə, pilotlardan biri ölüb.

Təyyarədə sərnişinlər olmayıb.

Son xəbərlər

Orphus sistemi